Black Badge həyata olan münasibətdir

"Black Badge həyata olan münasibətdir, Rolls-Royce brendinin ələ keçməz və cazibədar olanlara, risk sevənlər, qaydaları pozanlar və ənənələrin üzünə gülənlərə çağırış aspektidir. Onları narahat ruh idarə edir. Onlar heç nəyin qarşısında dayanmırlar və dünyanı dəyişirlər. Texniki və estetik cəhətdən, daha tünd, özünə inamlı, arxayın və güclü və daha tələbkar Black Badge, Rolls-Royce avtomobilinin bilinməyən digər təcəssümüdür. Black Badge ilə biz, super dəbdəbəli perspektivdə ən dəbdəbəli mənzərəni yaratmışıq. Bu, bizim mühüm brendimiz üçün əsil dəyişiklik anıdır."

Torsten Müller-Ötvös, Rolls-Royce Avtomobilləri Baş İcraçı Direktoru



Təqdimat

Nümunə üçün, Cənab Malkolm Kempbel, Hovard Hyuz, Keyt Mun, İv San Laran, Muhammed Ali və bizim Çarlz Rolls. Narahat ruhları tərəfindən idarə olunan gənc centlmenlər, tələskən bir halda dünyanı öz istədikləri şəkildə dəyişməyə can atırlar. İctimaii normalarla məhdudlaşmayan bu dezinteqratorlar, öz şəxsi arzularını həyata keçirmək üçün hər bir sərhəddi yıxmaqla maksimal gücün özünütəsdiq olduğuna inanaraq həyatlarını sıldırım ucunda yaşamışlar. Cazibədar və cəsur, onlar sürətli yaşadı, çox işlədi və heç nəyin qarşısında durmadılar.

Bu gün, özünə arxayın və özünə inamlı qayda-qanun pozanlar, öz həyat tərzi və yaşam seçimlərində özlərindən əvvəlkilər qədər barışmaz və bağışlanmazdırlar. Onlar, nadir hallarda keçilən yollarla gedir, xalis adrenalin aldıqları məşğuliyyət və nailiyyətlərə yiyələnmiş, qeyri-ənənəvi həyat yaşayırlar.

Onların həyatı onların əyləncəsidir və onlar öz həyatlarını öz şərtlərinə uyğun şəkildə yaşayırlar.

Gün başa çatdıqda və döyüşdə qalib gəldikdə özlərinə çox inamlı olan bu insanlar gecə həyatına baş vururlar, onlar gecənin onları apardığı yerə gedirlər və gecənin onlara təklif etdiklərini özlərinə hədiyyə olaraq qəbul edirlər.

Öz həyat tərzlərində  həyat məşğuliyyətlərində olduqları kimi tələbkar  olan bu, yüksək enerjili insanlar, öz həyat tərzlərindən daha çox mahiyyət tələb edirlər. Bu şəxslər getdikcə daha çox həyatlarının əməyi və seçdikləri brendləri birləşdirməklə öz müvəffəqiyyətlərini nümayiş etməyi arzu edirlər.

Son illər, bu şəxslər canlanan Rolls-Royce Avtomobillərinə doğru cəzb edir, belə ki bu brend, əvvəllər sələflərində olduğu kimi onların da tam şəxsi həyat tərzlərini düzgün şəkildə ifadə edir.

Hər zaman öz sərhədlərini genişləndirən bu insanlar, Rolls-Royce Avtomobillərinin də eynisini etməsini xahiş etmişlər. Əvvəlcədən sifariş funksiyasının təklif etdiyi sonsuz imkanlardan həvəslənmiş bu insanlar, markadan "başqalarına bənzəməyən Rolls-Royce, yalnız cazibərdar və həssaslığımızı əks etdirən olmayıb, həmçinin bizim kimi tam fərqli Rolls-Royce istehsal etməyi" xahiş etmişlər.

Və hər zaman müştərilərin arzularını reallaşdırmaq üçün həqiqətən Sifariş cavabı hazır olan Rolls-Royce Motor Cars, dünyanın aparıcı super-dəbdəbəli avtomobil brendi kimi öz əsl etiqadnaməsini bir daha nümayiş etdirdi. Rolls-Royce, bu cür müvəffəqiyyətli insanları məmnun etmək məqsədilə öz brendinin firma nişanlarını dəyişərək öz xarakterinin qaranlıq tərəflərini aşkar etmişdir.

Və nəticədə Black Badge meydana çıxmışdır.



Yeni nəsil müştərilərin ən yaxın dostu.

Rolls-Royce Black Badge, bu müştərilərin daha qaranlıq, daha qərarlı, özünə inamlı və tələbkar zövqünu oxşayır. Onların istəklərinə həqiqi "əvvəlcədən sifariş verilmiş" bir cavab olaraq brendlə müştərinin qarşılıqlı təsiri Rolls-Royce Ghost və Wraith kimi avtomobillərin xarici görünüşü və məğzinə dəyişiklik təsiri göstərmişdir. Nəticə Ghost Black Badge və Wraith Black Badge kimi modellərdir.

“Bu gün mən elan edirəm ki, Rolls-Royce Motor Cars, öz həyatlarında, cəsur və kəskin həyat tərzləri haqqında bəyan edəcək gənc, məqsədyönlü, tam yetkin insanlar qrupu üçün daimi "Bespoke" avtomobil seriyası yaradacaqdır” Rolls-Royce Motor Cars şirkətinin Baş İcraçı Direktoru Torsten Müller-Ötvös bildirmişdir. “Bu müştərilərlə misilsiz bir əməkdaşlıq nəticəsində Rolls-Royce, özünə inamlı bir şəkildə dəbdəbəli tərz və texniki mahiyyətinə görə son nəticə olan Black Badge meydana gətirmişdir. Texniki və estetika baxımından Black Badge, Rolls-Royce Wraith və Ghost avtomobillərinə çox yaxındır; daha inamlı, pozitiv, özünə güvənli və güclü və daha tələbkar. Black Badge ilə biz dəbdəbə aləmində ən güclü görünüş yaratmışıq. Bu, bizim mühüm brendimiz üçün əsl çevriliş məqamıdır."

Rolls-Royce Motor Cars şirkətinin Dizayn Direktoru Caylz Teylor bildirir “Black Badge modelini yaradarkən biz məqsədli şəkildə bu yeni müştərilərimizin müxtəlif tələblərini yerinə yetirirdik. Onlar özləri üçün alternativ imic tələb etməklə yanaşı, həmçinin bunu dəstəkləməsi üçün müvafiq mötəbər Rolls-Royce texniki mahiyyət də tələb etdilər. Nəticə etibarilə Black Badge Ruhu özünü, daha inamlı dəbdəbə incəliyi ilə birlikdə ifadə edən diqqətlə hazırlanmış dizayn elementləri seriyası vasitəsilə bəlli edir. Yeni material ştrixləri  və tonallıqlar, həyatın hər bir çətinliklərini qəbul edən, sürət həvəskarı olan bu müştərilərin zövqlərini oxşamaq üçün bir yerə birləşmişlər.”

Rolls-Royce dizaynerlərinin başlanğıc nöqtə kimi götürdüyü bu manifestlə mühəndislər və sənətkarlar, Ghost və Wraith modellərini müxtəlif şəkillərdə incəliklə dəyişməyə başladılar. Onların niyyəti, öz sinfindən fərqləndiyi qədər bir birindən də fəqrlənən, daha inamlı, pozitiv və daha məqsədyönlü Black Badge oxşarları yaratmaq idi. Nəticə? İlk baxışda öz təbiətlərinə xarakterik, ümumi vizual oriyentir təklif edən iki avtomobil. Lakin əslində onlar gecənin iki fərqli varlığıdır.



Təsvirin əsaslı dəyişikliyi

Pantheon Grille ilə birlikdə, məşhur qoşa R loqosu və "Spirit of Ecstasy", Rolls-Royce brendinin əsas təcəssümüdür. Lakin, markanın bu iki ən dəyərli simvolu əvvəllər müvafiq şəraitlərdə öz eyniliyini dəyişməyə çalışmışdırlar.

Misal üçün, 1933-cü ildə şirkətin həqiqi "Bespoke" (əvvəlcədən sifariş qəbulu) təbiətini göstərmək məqsədilə, Ser Henri Royce özü,  o zamankı Uels Şəhzadəsi də daxil olmaqla yüksək təbəqədən olan müştərilərin seçdiyi avtomobil rəngi ilə münaqişəyə girməyəcəyini təmin etməklə, Qoşa R işarəsini ənənəvi Gümüşü üzərində Qırmızıdan Gümüşü üzərində Qara rənglə dəyişdi.

O, daha böyük və ayaq üstə durmuş, diz üstündə və daha çox möhtəşəmliyə işarə məqsədilə qabağa doğru əyilmiş şəkildə olmuşdur; o qızıl, gümüş, kristal və paslanmaz poladdan hazırlanmış və bahalı daş-qaşlarla bəzədilmiş, işıqlandırılmış və yuxarıya doğru qaldırılmışdır. 

İndi "Spirit of Ecstasy" və ənənəvi Qoşa R, Rolls-Royce, “Black Badge” in alternativ reallığına daxil olduqca bir daha hər kəsə yol göstərir. İlk baxışdan həm Ghost Black Badge, həm də Wraith Black Badge hər ikisi çox oxşar dəyişiklik yaşamışdır.

Dəyişiklik, nə dizayn və duruşu, nə də materialında deyil, dəyişiklik yalnız sahibinin qaranlıq vəsvəsəsini təmsil edən “Uçan Qadın”ın rəngindən başlayır. O, gecə peyzajından qürurla şütüyərək insanı başdan çıxaran parlaq qara qadına çevrilir. Dəyişiklik, Ghost Black Badge və Wraith Black Badge avtomobillərinin digər ənənəvi işarələrinə də şamil olunur. Hər bir Black Badge modelinin bamperi, yanları və arxa tərəfində yerləşən Qoşa R işarəsi qaranın üzərində gümüşü rəngə çevrilir və eyni zamanda radiator barmaqlıqlarının ətrafının, baqaj qapısının bəzəyinin, aşağı ventilyasiya boşluğunun bəzəyinin və işlənmiş qaz borularının xrom örtüyü isə tündləşir.

Black Badge modelinin gücü özünü, istismar olunan hər bir Ghost Black Badge və Wraith Black Badge modelinə məxsus yeni mürəkkəb karbon lifi və yüngül tökmə diskli təkərlərlə çatdırır. Rolls-Royce tərəfindən dörd il ərzində yaradılmış yeni təkərlər, üç oxda 22 layda yerləşdirilmiş və 44 təbəqəli güc təmin etmək üçün təkərin diskinin üst tərəfinə doğru öz üzərlərinə əyilmiş karbon lifindən ibarətdir. Hava dolu titan qıfıllardan istifadə edərək kənarlara bağlanan 3D saxta, aviasiya, alüminium təbii daha çox güc əlavə edir.

Black Badge qara rəngi intensivliyin yeni səviyyələrinə gətirəcəkdir. Black Badge modelini yaradarkən istifadə olunan Qara rəngdə çoxsaylı rəng və lak qatı da davamlı olaraq əllə cilalanır - bu, davamlı boya üçün indiyədək istifadə olunan ən dəqiq rəngləmə və cilalama prosesidir. Nəticədə, avtomobil səthinin istehsalında indiyə qədər mövcud olan ən dərin, ən tünd və ən güclü qara rəng əldə edilir.

Lakin, Rolls-Royce Sifarişlə hazırlanan olduğu üçün, müştərilər təbii olaraq öz Ghost Black Badge və Wraith Black Badge avtomobilləri üçün istədikləri zahiri rəng çaları və interyerdə dərinin rəngini seçə bilərlər. 



Black Badge avtomobil modelinin kabinəsində: Qabaqcıl aerokosmik dəbdəbəli materiallar və sonsuz imkanlar sizi gözləyir

Black Badge kabinəsində imkanlar sonsuzdur, belə ki o, Rolls-Royce markasının keyfiyyətli materialları və aerokosmik irsindən ruhlanaraq tam bir dəbdəbəni yenidən daha qabarıq işıqlandırmışdır.

Black Badge modelinin şah əsəri, aerokosmik səviyyədə alüminium saplı karbon lifli mürəkkəb üzlənməsidir - əsasən gözə görünməyən təyyarələrin səthində istifadə olunan material. Bu futuristik material, dünyanın ən yenilikçi super-dəbdəbəli materialına çevrilməsi üçün Qudvudda yenidən işlənib hazırlanmışdır.

Bu gözəl və yenilikçi materialı yaratmaq üçün sadəcə 0.014 mm diametr olan alüminium aviasiya sapları, karbon liflərlə bərkidilməzdən öncə çox möhkəm qaydada bir-birlərinə toxunurlar. Bu səth materialına sonra altı qat lak tətbiq edilir, daha sonra 72 saat müddətinə quruması gözlənilir və bundan sonra güzgü kimi olanadək əllə cilalanır.

Bu dəbdəbəli materialın yaradılmasına  əlavə olaraq, Black Badge avtomobillərinin mühərrik və sürücü kabinəsi arasındakı boşluqdakı və avtomobilin arxasındakı  ventilyasiya boşluqları Buxar Fazasından Fiziki Çökdürmə vasitəsilə qaraldılmışdır. Bu rəngləmə üsulu, metal hissələrinin müəyyən vaxtdan sonra və ya davamlı istifadəsi nəticəsində rəngini olduğu kimi saxlaması və ya ləkələnməməsini təmin edən azsaylı üsullardan biridir.

Yeni yaradılmış Black Badge avtomobillərinin ön panelində, 2014-cü ildə Ser Malkolm Kempbelin dünya sürət rekordu çempionluğunu qeyd etmək məqsədilə yaradılmış, əvvəllər Phantom Drop “Waterspreed” başlığında istifadə olunmuş, əqrəbləri narıncı rəngə boyanmış və siması “Sonsuzluq” loqosu ilə bəzədilmiş saat quraşdırılmışdır. Kempbellə yanaşı, Black Badge sahiblərinin məhdud çərçivələrə münasibəti ya onlara qarşı getmək, ya da onlara məhəl qoymamaqdan ibarətdir, bu “Sonsuzluq” loqosunun ifadə etdiyi ştrixdir.

“Sonsuzluq” loqosu həmçinin, Black Badge modelinin içəridən üzlüyünə də işlənmişdir və Ghost Black Badge modelində qara dəri ilə müvafiq çəhrayının və Wraith Black Badge modelində isə tünd mavinin canlı rəngləri ilə birləşdikcə kabinənin içərisinə daha kəskin görünüş verir.

Son toxunuş? Qaranlıq mühit yaratmaq məqsədilə salonun tavanının parlaq qara işləməsindən yaranan və cilalanmış səthdən bütün salona əks olunan tutqun işıq.



Rolls-Royce texnikası və texnoloji zərifliyi: Müxtəlif yollarla təqdim olunan Black Badge modelinin əsas mahiyyəti

Black Badge ruhu olan hər bir avtomobil çox fərqli Rolls-Royce-dur – onlar başqa heç bir Rolls-Royce avtomobilinə bənzəmirlər.

İlk dəfə 2009-cu ildə istehsal olunmuş və 2014-cü ildə yenilənmiş Ghost sıradan bir qüvvə deyildir – həm avtomobil sürməyi, həm də sərnişin qismində səyahət etməyi sevən maddi təminatlı sahibkarları cəlb edən Rolls-Royce “limuzin” modelinin ən müasir şərhidir. 2013-cü ildə təqdim olunan Wraith tam bir centlmenin Gran Turismosu, əsl sürücü avtomobilidir.

Bu iki fantastik avtomobilin orijinal mahiyyətini kiçiltmədən mötəbər bir şəkildə Black Badge ruhu ilə necə ilhamlandırmaq olar?

“Black Badge, Rolls-Royce mühəndisləri üçün heyranedici bir tapşırıq idi. Biz artıq dünyada ən yaxşı avtomobillər kimi tanınan zirvə avtomobilləri ilə işləyirik” Rolls-Royce Motor Cars şirkətinin Texniki Direktoru Filip Koen bildirir. “Texniki mükəmməllik və texnoloji liderlik, son 112 il ərzində Rolls-Royce brendinin əsasında yer almışdır. Black Badge Rolls-Royce modelləri istisna deyillər – onlar həqiqətən də bu ənənəni irəliyə aparırlar. Estetik cazibə və Black Badge Ghost və Black Badge Wraith modellərinin ən yüksək dərəcəli mühəndislər tərəfindən əsasının möhkəmləndirilməsi vədi bizim üçün çox zəruri idi. Avtomobillər bir-biri ilə eyni ola bilməzdilər, lakin eyni zamanda onlar öz sahiblərinə, tam bir Rolls-Royce tərzində daha cəsarətli və həyəcanlandıran səyahət təmin edərək, zərif və mahiyyətcə fərqli avtomobil təqdim etməli idilər.

Ghost Black Badge modelində, Rolls-Royce avtomobillərinin məşhur “Sehirli Xalça Səyahəti” (‘Magic Carpet Ride’) təqdim edərək arxa oturacaqda oturan sərnişinlərin rahatlığını təmin etmək çox vacibdir. Rolls-Royce mühəndisləri, Ghost Black Badge modelini bir az daha məşum etmək üçün 6.6 litrlik V12 mühərriyinin elastikliyindən istifadə etmişlər. Mühərrik gücünün incə dəyişiklikləri indiki Ghost ilə müqayisədə 40 at gücündən (30kvt) 603 at gücünə (450kvt) qədər güc artımı və 60Nm (840Nm) fırlanma momenti müşahidə edirlər, bununla yanaşı 8-mərhələli sürət avtomatik transmissiyasının təkmilləşdirilməsi Ghost Black Badge avtomobilinə, öz gücünü çatdırmasında əlavə tezlik hissi təqdim edir.

Kompyuterləşdirilmiş smart elektronika tərəfindən təmin olunan İntuitiv İş rejiminin dəyişmə tezliyi ehtiyatla transmissiyanın cavabını çatdırır. 25% iş rejiminin dəyişmə tezliyindən əlavə transmissiya, mühərrikdən asılı olaraq onun sürətini daha uzun müddətə və 200 dövr/dəq. və daha sonra 500 dövr/dəq arasında dəyişərək öz xarakterini  dəyişir. Bundan əlavə, ötürməni azaltmaq üçün iş rejiminin dəyişmə tezliyinə 20% az güc tələb olunur ki, bu da Ghost Black Badge avtomobilini sürücünün tələblərinə daha tez cavab verməsinə kömək edir. Əyləcin işə düşdüyü şəraitdə transmissiya tezliklə bir neçə dövr/dəq. azaldır və bununla da daha cəsarətli səyahət təmin edərək mühərrikə əlavə təhlükəsizlik verir.

Yeni ötürücü çarxların əlavə edilməsi də daxil olmaqla asqıda və idarə sükanında dəyişikliklər Ghost Black Badge modelində sadəcə olaraq bir qədər əlavə sürücü diqqəti tələb etməklə, ən dəbdəbəli səyahəti təmin edir.

Wraith Black Badge tamamilə fərqli nisbət idi.

623 at gücü (465kvt) ilə dünyanın ən əzəmətli Rolls-Royce avtomobili olan Wraith, Rolls-Royce modellərinin içərisində həmişə sürücünün diqqətini ən çox cəmləyən model olmuşdur. Lakin, bu yeni müştəri nəslinin nə qədər sürət həvəskarı olduqlarını və onların həyatın sərhədlərini kənarlaşdırmaq istəklərini başa düşərək, Rolls-Royce-un mühəndis heyəti bu fenomenal kupe kabrioletə hiss olunan əlavə xassələr vermək üçün çox gərgin işləmişdirlər.

Əlavə fırlanma anı (+70Nm) dalğasını artıq mövcud olan yüksək enerjili güclə, tamamilə yenidən hazırlanmış pnevmatik asqı sistemi, yeni dalğa ötürücüləri və 8 sürət səviyyəsi ilə sürətləndirilmiş mühərrik transmissiyası ilə birləşdirməklə Rolls-Royce, artıq daha diqqət tələb edən, cəld Wraith istehsal etmişdir və bununla yanaşı problemsiz Rolls-Royce Magic Carpet Ride funksiyasının daxili elementlərini qoruyub saxlamışdır.

Yenidən, 8-mərhələli sürət avtomatik transmissiyasına yeniliklər, Wraith Black Badge avtomobilinin öz gücünü çatdırmasına əlavə tezlik səviyyəsi təmin edir.

Black Badge Wraith modelinə həmçinin İntuitiv iş rejiminin dəyişmə tezliyi də gəlir. Transmissiya, iş rejiminin dəyişmə tezliyinin 25%-dən mühərrikin sürətindən asılı olaraq daha yüksək dönmə diapazonlarında sürəti 300 dövr/dəq. ilə 500 dövr/dəq. arasında dəyişərək mühərrikin sürətini daha uzun müddətə saxlayır. Drosselin 80-100% açıq olduğunu hiss etdikdə Wraith Black Badge həmçinin hər bir sürət dəyişməsindən əvvəl sürəti tam olaraq 6000 dövr/dəqiqəyə qədər artırır. Bu, çox vaxt yüksək sürətin mümkün olduğu cəsarətli səyahət zamanı  drosselin daha doğru həssaslıq hissini göstərir. Bundan əlavə, İntuitiv iş rejiminin dəyişmə tezliyinin orta tezlikli dinamikdə olması ilə (70%-dən 80%-dək) ötürmə qutusu daha sürətli dəyişiklik sistemini qəbul etmək üçün proqramlaşdırılmışdır.

Sürəti azaltma və ya əyləc vermə zamanı transmissiya bir neçə dövr/dəq. daha tez aşağı ötürməyə keçir və bununla da əlavə mühərrik əyləcinə əlavə təhlükəsizlik təmin etməklə daha cəsarətli səyahət yaşadır.

Nəticə, daha əhəmiyyətli yüksək idarəetmə imkanları, yüksək idarə dərəcəsi və daha neytral döngədə manevretmə xassələri ilə daha tarım və azca daha fiziki səyahət fokusudur. Öz sükan idarəetməsinin tənzimlənməsindən asılı olan sürəti ilə avtomobil, hətta yüksək sürətlə hərəkət etdikdə belə yüksək təhlükəsizlik hissi təmin edir, belə ki sükanın çəkisi avtomobilin sürətinə uyğunlaşır.