RRMC Dawn Cənubi Afrikada

“Bizim yeni Rolls-Royce Dawn modelimiz, bu günə qədər mövcud olmuş heç bir Rolls-Royce avtomobilinə oxşamayan heyrətamiz, cazibədar görüş vəd edir və üstü açıq, super-lüks avtomobillərin yeni erasına başlanğıc verir. O, dünyanın ən eksklüziv ictimai mərkəzlərində günəş şüaları qəbul etmək istəyənlər üçün super-lüks üstü açıq avtomobillər içərisində ən kübarı olacaq.”

Bu sözləri Rolls-Royce Motor Cars-ın baş İcraçı Direktoru Torsten Müller-Ötvös 2015-ci il sentyabrın 8-də keçirilmiş yeni Rolls-Royce Dawn modelinin qlobal debütü zamanı demişdir. Debütdən sonra yeni avtomobili qlobal mediaya təqdim etmək üçün dünyanın hər yerində mükəmməl məkan axtarışlarına başlanmışdır. Düz altı ay sonra, 8 mart 2016-cı il tarixində Dawn avtomobili, dünya sərvətinin eksklüziv anklavlarından biri olan Cənubi Afrikada Cənubi Keypin möhtəşəm yollarında dünyanın ən yaxşı avtomobil və həyat tərzi media təmsilçiləri tərəfindən sınaqdan keçiriləcək.

Bu eksklüziv, dünya səviyyəli anklavın cəvahiri, şübhəsiz dünyada məşhur Stellenboş şərab vilayətinin üzüm bağları arasında yerləşən, Rolls-Royce Motor Cars-ın seçdiyi bazası Delaire Graff Estate mülküdür. Dünyanın ən məşhur zərgəri olan Laurens Graffa məxsus Delaire Graff Estate malikanəsi, valehedici məkanı, çox gözəl şərabları və lüks məkan və gözəl incəsənət nümunələri və ləl-cəvahiratın əhatəsində nəfis nahar təklifi ilə Rolls-Royce müştərilərinin həyat tərzini özünə cəlb edir.

Dünyanın hər yerindən gələn jurnalistlər, dünyanın ən valehedici dəniz mənzərəsi, dağ aşırımları və üzümlük dolanbacları təklif edən yollarla səyahət edərkən Cənubi Keypin ağlasığmaz mənzərəsindən həzz alacaqlar.

“Öz gözəl peyzajı, mükəmməl yolları və əla rahatlığı ilə Cənubi Keyp, dünya səviyyəli bu jurnalistlərə, dünyada misli olmayan üstü açıq səyahət təcrübəsi təklif edən çox gözəl avtomobil olan yeni Rolls-Royce Dawn modelini test-drayv etmək üçün mükəmməl mənzərə təqdim edir.” Rolls-Royce Motor Cars-ın Qlobal Kommunikasiyalar üzrə Direktoru Riçard Karter bildirir. “Əslən Cənubi Afrikalı olaraq mən, dünyanın aparıcı lüks brendi olan Rolls-Royce-u öz doğma ölkəmə gətirməkdən qürur duyuram.”