Günəşin çıxdığı torpaqlarda sübh çağı 

Müvəffəqiyyətli onlayn qlobal təqdimat və 2015 Frankfurt Beynəlxalq Avtomobil Şousunda yeni Rolls-Royce Dawn modelinin təqdimatından sonra Rolls-Royce Motor Cars Yaponiyada, dünyada rəqabət tanımayan üstü açılan super-lüks avtomobilin rəsmi sifarişinin qəbulunun başlandığını elan etmişdir. 

Yaponiyanın, 2015-ci ildə Tokyoda avtomobilin müştəriyə eksklüziv qapalı ilkin təqdimatında nəhəng tələbatla müşayiət olunaraq Asiya-Sakit Okean regionunda Dawn modeli üçün ən böyük bazar olacağı gözlənilir.

 

“Adətən ən qaranlıq məqam sübhdən bir az əvvəl olur”

Rolls-Royce’s-un yeni Dawn modeli super-lüks dörd oturacaqlı kabriolet avtomobillərinin – nadir, zərif və ən müasir super-lüks avtomobilin olması gərəkən gözəl, müasir təfsirini çatdırır. O, yalnız 1950-1954-cü illərdə 28 ədəd müstəsna kabrioletlərə tətbiq edilmiş məşhur və Rolls-Royce adına nadir olan Gümüşü Dawn modelindən ilham almışdır.

Ən çətin zamanlarda “Adətən ən qaranlıq məqam sübhdən bir az əvvəl olur” ifadəsi ümid işığı kimi səslənir. Xəyallar, kabuslar və ruhların təsvir olunduğu və insanın öz qorxularından ehtiyat etdiyi bu erkən səhər qaranlığı, insanın yeni səhərə və yeni günün sonsuz imkanlarına oyandıqda erkən sabah günəşinin enerji partlayışı ilə kənarlaşdırılır. 

 

Dörd oturacaqlı yer üçün kompromissiz layihə

Rolls-Royce-un dizayn idealı, rahat və eyni zamanda həyatverici səyahət təcrübəsi fəlsəfəsi ilə brendin müqayisə edilməz ustalıq meyarlarını özündə birləşdirən avtomobil yaratmışdır. 

“Rolls-Royce-da biz, eyni zamanda sosial məkan kimi xidmət göstərən zərif avtomobilin yaradıcıları kimi qürur duyuruq” Rolls-Royce-un Dizayn üzrə Direktoru Qaylz Teylor bildirir. “Gündəlik olaraq yalnız iki yetkin şəxsin rahatlıqla istifadə edə biləcəyi Dawn kimi avtomobili yaratmaq fikri qadağan edilmişdir. Biz Dawn modelini yaradarkən birlikdə rahatlığın zirvəsində səyahət etmək istəyən dörd nəfər yetkin şəxsin rahatlıq və lüksunda heç bir güzəştə getməmişik.” 

Rolls-Royce mühəndisləri Dawn modelinin, orta 50 km/s sürətə qədər sadəcə 20 saniyədə işə düşən və bağlı olduqda Wraith sakitliyi təmin edən tavanına böyük diqqət yetirmişdirlər. Parça tavan konfiqurasiyası ilə işləməkdə məqsəd, bu gün dünyada üstü açılan ən sakit avtomobili yaratmaq idi. Bu sakitlik axtarışı tavan mexanizminin bütün aspektlərinə və müvafiq olaraq da yeni avtomobilə tətbiq olundu. Mühəndis komandası hətta, əldə etmək istədikləri tavan mexanizmi üçün ifadə də kəşf etmişdilər: Səssiz Balet.

Tavan zərif, gözəl və estetik dizaynla örtülmüş,üstü açılan avtomobilin qalan ən geniş örtüklərindən biri - ikincisi Rolls-Royce Phantom Drophead Coupé modelində olduğu kimi örtülür.

 

Avtomobil surətinin hərəkəti

Yeni Rolls-Royce Dawn modeli 80% nadir korpus panelləri ilə öz daimi oxşarlarından fərqlənir. Dawn modelinin tam müasir, dörd oturacaqlı super-lüks üstü açılan olması Rolls-Royce-un dizayn dilində təkamüldür və bir aydın məqsədi vardır: avtomobilin həm üstü açıq, həm də üstü örtülü halda gözəl görünməsini təmin etmək.

Üstü açıldıqda Dawn modelinin bütün estetik cizgiləri aşkar görünür. Kənardan ön şüşənin dikliyi, arxa tərəfə doğru uzanan yan xətt və profildən qalxan yüksək dövrəsi rahat dinamika təəssüratı yaradır. Həmin qalxan dövrə qucaqlayan effekt yaratmaq üçün arxa sərnişin kabinəsını əhatə edir. 

Arxa oturacaqla birlikdə platforma müasir sənətkarlıqda Rolls-Royce-un üstünlüyünü davam etdirir. Açıq məsaməli Kanadel panel üzləmə arxa kabinənin at nalına bənzər formasını təkrarlayır, fərdi olaraq zövqə görə seçilə bilən platformada ağac isə arxa oturacaqların arasından şəlalə kimi axaraq qapıları daxildən əhatə edərək sahibini və ya sərnişini içəri şirnikləndirir.

 

Rahat səyahət üçün gizli texnologiya

Yumşaq üstü olan avtomobillərin texnologiyasında edilən şübhəsiz irəliyə sıçrayışlara əlavə olaraq, yeni Rolls-Royce Dawn xüsusi sifarişlə hazırlanmış bir neçə başqa yenilikləri də təqdim edir.

Hər bir üstü açılan avtomobilin yaradılmasında olan çətinlik, çəkisini yüngül saxlamağa çalışmaqla, avtomobilin yüksək sərtliyini saxlamaqdır. Bir çox üstü açılan avtomobillərdə müşahidə olunan kuzovun titrəyişini minimallaşdırmaq və avtomobilin dinamik müvazinətini təmin etməyə kömək etmək üçün sərtlik çox vacibdir. 

Yeni işlənmiş asma konfiqurasiyası bu üstü açılan avtomobilin yüksək səyahət rahatlığı və Rolls-Royce-un gözlənilən "sehirli xalça" effektini təmin etməklə avtomobilin möhkəmliyi və çəkisinin paylanması kimi xüsusi funksiyalarına xidmət edir.

Əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş Multimedia İnterfeysi və Naviqasiya sistemi, "Spirit of Ecstasy" Döngə Nizamlayıcısı tərəfindən idarə olunan, yüksək keyfiyyətli yeni 10.25" ekranda çox gözəl şəkildə göstərilir. Bu "Spirit of Ecstasy" Döngə Nizamlayıcısı, barmaqla Yapon simvollarını yazmaq imkanı verən sensor panel təqdim edir. 

Qabaq bamperin yan tərəfində və qabaq şüşənin yuxarı orta hissəsində müvafiq olaraq yerləşən radar və kamera üçün yeni proqram təminatı, təcili təzyiqdən ehtiyat etmək üçün intervalların daha sürətli ilkin adaptasiyası da daxil olmaqla sistemə daha sürətli reaksiya verməsini təmin edir. Hər hansı bir pis vəziyyət yarandıqda Dawn modeli sadəcə saniyənin bir zərrəsi qədər müddət ərzində arxa başaltı sıxılmalarından, aşma zamanı gizli müdafiə sistemini kəşf edəcək. 

LED işıqlandırma texnologiyasında ən son irəliləyişlər də həmçinin Rolls-Royce Dawn modelinə tətbiq olunmuşdur. Bu işığın idarə olunması üsulları tətbiq olunan texnologiya tərəfindən əhəmiyyətli şəkildə genişləndirilir. 

Bundan əlavə uzaq işıqların avtomatik endirilməsi yeni inqilabi işıq zolaqları olmayan texnologiya ilə əvəzlənmişdir. Gecə səyahətlərinin təhlükəsizliyi qabaq şüşədə yerləşən ekran və istinin təyin olunması sistemi ilə yaxşılaşdırılmışdır. 

Qeyd etmək lazım deyil ki, bütün digər Rolls-Royce avtomobillərində olduğu kimi Dawn modelinin də döyünən ürəyi və qəlbi, sevilən tvin-turbo 6.6-litrlik V12 mühərriklərindədir. 8-sürət mərhələli, avtomobilə sürücünün gördüklərindən daha artığını görmək imkanı verən GPS ilə peykə qoşulma imkanları ilə təmin olunmuş avtomatik transmissiya ilə birləşən Dawn modelində müstəsna sürücülük təcrübəsi yaradır.