Rolls-Royce Motor Cars "Əbədi Məhəbbət" kolleksiyasını Çinə açıq elan edir

Rolls-Royce Motor Cars bu gecə Pekində Minsheng İncəsənət Muzeyində Ghost "Əbədi Məhəbbət" debütünü keçirir. Məhəbbət mövzusunu təmsil edən yeni Sifariş üzrə avtomobil hazırlayan Bespoke kolleksiyası, ağ qu quşundan ilhamlanan müasir dizayn elementləri ilə görkəmli Rolls-Royce sənətkarlığı və qabaqcıl texnologiyasını özündə birləşdirərək eksklüziv olaraq Çin bazarı üçün dizayn edilmişdir.

Rolls-Royce Motor Cars Çinin Direktoru Leon Li ən son dizaynın əhəmiyyətini belə izah etdi "Ghost "Əbədi Məhəbbət", bizim müştərilərimizə Rolls-Royce Motor Cars Bespoke komandasının müqayisəolunmaz yaradıcılığını nümayiş etdirir və eyni zamanda müştərilərimizin eksklüziv təcəssüm ehtiyaclarını qarşılayır. Bu ən son şah əsərdə, dünyada ən yaxşı avtomobillər yaratmaq uğrunda bizim ölməz ehtirasımızı təmsil edən Rolls-Royce brendinin emosional mirası təcəssüm olunur. Bundan əlavə o, Rolls-Royce-un öz müştərilərinə Çin Yeni İlinə hədiyyəsini simvollaşdırır."

 

Ghost "Əbədi Məhəbbət" Kolleksiyası

Yeni kolleksiyada istifadə olunan qu quşu dizaynı məhəbbət əlamətidir. Həm Şərq, həm də Qərb mədəniyyətində qu quşunun incəliyi və sədaqəti onu, saflıq və sadiqliyin simvoluna çevirir. Qu quşları arasındakı bağlılıqlar illər hətta bir ömür boyu çəkir, hətta sevgilisi öldüyü zaman öz həyatını qurban verənlər də vardır. Buna görə də, Çin mədəniyyətində qu quşları öz, əbədi sevgiyə müstəsna bağlılıqlarına görə "məhəbbət quşları" kimi tanınırlar.

Bu romansdan ilhamlanan Rolls-Royce Motor Cars, qu quşunun bədii imicini önə çəkərək onu nəfis sənətkar işi ilə tamamlamışdır. İki qu quşunun mükəmməl ürək yaradan təsviri, oturacağın söykənəcəyinin korpusu və dərisində Əbədi Məhəbbət imzası kimi təsvir edilmişdir. Qeyd etmək lazımdır ki, interyerdəki zərif qu quşları, əl işi ilə diqqətlə bəzədilmişdir. Avtomobilin interyerində qüsursuz dəbdəbə və birinici sinif texnologiya ustalığı yeni yüksəkliyə qaldırır. 

Bütün Rolls-Royce Avtomobil modelləri, İngilis heykəltaraş Çarlz Sayks tərəfindən marka üçün yaradılmış fiqur olan "Spirit of Ecstasy" ilə bəzədilmişlər. London Kral İncəsənət Kollecinin məzunu olan rəssamın, Con Montaqu və emblem üçün model olması ehtimal olunan qadın Eleanor Torntonun yaxın münasibətlərindən ilhamlandığı güman edilir. Bu günə qədər bu ənənəvi fiqur hər bir Rolls-Royce avtomobilinin avtomobil qapağında rahat bir şəkildə durur və öz sahibini gözəl münasibətlər qurmağa ruhlandırmaqda davam edir. 

Qu quşunun sevgiyə zərif, təmiz və sadiq yanaşması mövzusunu təkrarlamaqla, Ghost "Əbədi Məhəbbət", İngilis Ağı və Gümüşü Atlas olaraq iki tonlu eksteryerə malikdir. Avtomobilin içərisinin dəri örtüyü Seashell (Balıqqulağı rəngi), oturacaqların başaltıları, oturacaq tikişləri və avtomobilin tavanının daxili hissəsi Tünd Qırmızı rəngdədir. Sifarişlə hazırlanan Tüdor palıd ağacından panelə uyğun olması üçün  sifarişlə hazırlanan saat və işıqlandırılan qat, hər ikisi “Məhəbbət Əbədiyyətdir” sözlərini özlərində əks etdirirlər. Əlavə mükəmməllik səviyyəsi əldə etmək üçün iki rəngli sükan, avtomobilə axırıncı mükəmməllik toxunuşunu verir.

Tam cilalanmış 20” yüngül alüminium disklər və Peyk Transmissiyası “Əbədi Məhəbbətin”in nöqsansız Rolls-Royce dəbdəbəsinin mükəmməl qalmasını təmin edir. Sevimli 6.6 litr tvin turbo V12 mühərriki və səkkiz mərhələli ZF ötürücü qutusu ilə gücləndirilmiş “Əbədi Məhəbbət” öz seçici müştərilərinə, hər bir yol şəraitində müstəsna və rahat səyahət təcrübəsi təklif edir. 

Eksküzivliyini təmin etmək üçün Rolls-Royce Ghost “Əbədi Məhəbbət” yalnız 16 ədəd istehsal olunacaq.