Rolls-Royce Ghost Series II, nüfuzlu "what car?" təltif etmə mərasimində "dünyanın ən yaxşı super-lüks avtomobili" statusunu qazanmışdır.

Hər il keçirilən "What Car?" festivalı Mükafatlar, "Best Buy" üçün £100,000+ kateqoriyasında mükafata iddialı olan Ghost Series II Extended Wheelbase ilə Rolls-Royce Motor Cars-ın, dünyanın ən nəfis lüks avtomobillərinin yaradıcısı statusunu təsdiqləmişdir. Bu, Rolls-Royce Motor Cars-ın, "What Car?" çarçivəsində belə nüfuzlu sinifdə on illik liderliyini göstərir. Mükafatlandırma və Ghost Series II üçün ikinci qələbə. Mükafatın təltif edilməsi zamanı, "What Car?" münsiflər heyəti Ghost modelinin dinamikası barədə xüsusi qeydlər etdilər: "Yüngül sükan idarəetməsi dəqiqdir və yüksək sürətlərdə sizə avtomobili düzgün idarə etməyə imkan verir, pedalların reaksiyasını modullaşdırmaq rahatdır və tvin-turbo V12 hərəkəti ipək tək zərifdir."

Rolls-Royce Motor Cars-ın Baş İcraçı Direktoru Torsten Müller-Ötvös əlavə etmişdir "2009-cu ildə istehsalından sonra Ghost avtomobili Rolls-Royce Motor Cars-ı yeni yüksəkliklərə çatdırmışdır. O, Rolls-Royce-un bu xüsusi modelinin dəbdəbəsinin müasir interpretasiyası tərəfindən cəzb olunan, dünyanın ən seçkin və müvəffəqiyyətli özəl sahibkarlarını cəlb edir. Ghost Series II modeli texnologiyada əhəmiyyətli yeniliklərlə avtomobilin cazibədar eksteryerində nəzərdə tutulmuş müasirlikləri özündə birləşdirir. Müştərilərin rəyləri həddindən artıq müsbət olmaqda davam edir və mən çox xoşbəxtəm ki dünya media ekspertləri də bununla razıdırlar."

"What Car?" şərəfi, yeni nəsil müvəffəqiyyətli Britaniya sahibkarlarının seçimi olan super-lüks avtomobil mövqeyini elan edən Ghost modeli ilə brendin 2015-ci ildə Böyük Britaniyada inkişaf etdiyini göstərir. Bu il, Rolls-Royce Motor Cars-ın Bristolda Cribbs Causeway-də Böyük Britaniyada artıq yeddinci diler mağazasının açılışı və dünyanın ən ictimai və gözəl super lüks üstü açılan kupe avtomobili olan Dawn modelinin müştərilərə çatdırılması həyata keçiriləcəkdir. 

Qlobal olaraq Ghost II Seriyası, markanın 200,000 Avro + super-lüks sektorunda dominantlığına əhəmiyyətli dərəcədə tövhəsini vermişdir.