Phantom VII başa çatır

Rolls-Royce Motor Cars şirkətinin Baş İcraçı Direktoru , Torsten Müller-Ötvös bildirmişdir ki, hazırki Phantom modeli 2016-cı ildə son istehsal mərhələlərinə daxil olur. Bu bəyanat, Rolls-Royce Motor Cars-ın 2018-ci ilin ilk aylarında bazara daxil olacaq bütün gələcək Rolls-Royce modellərinin əsasında dayanacaq tam yeni alüminium dizaynı sınaqdan keçirməyə başladığı haqda yeni xəbərlərlə müşayiət olundu. O həmçinin bildirdi ki Phantom Coupé və Drophead Coupé modelləri gələcəkdə yenilənməyəcək. Bu iki dəbdəbəli Phantom modeli, Phantom Zenith Collection olaraq 50 ən çox arzuolunan avtomobilin xüsusi kolleksiyası kimi öz həyatlarına son verəcəklər.

Phantom avtomobilinin indiki yeddinci nəslinin istehsalına 13 il əvvəl Qudvudda başlanılmışdı və tez bir zamanda Rolls-Royce Motor Cars şirkətinin intibahını təşkil edən bünövrəyə çevrilmişdi. Markanın dəbdəbəli, cazibədar və güclü super lüks səviyyənin zirvəsinə iddiası olan Phantom VII indi öz istehsalını dayandırır.

Bu ilin noyabr ayı ərzində ən son Phantom Coupé və Drophead Coupé modellərinin Qudvudda istehsalı başa çatdırılacaq. Bu modellər yeniləri ilə əvəz olunmayacaq. Bütün dünyadan kolleksiyaçılar, Phantom Zenith Collection adlanan 50 unikal Coupé və Drophead kolleksiyasının, həqiqətən də xüsusi olan bu avtomobillərin istehsalının başa çatmasını qeyd etmək üçün istehsal edildiyini öyrəndikdə çox həyəcanlanacaqlar.

Rolls-Royce bu il həmçinin sonuncu Phantom VII limuzinlərini də istehsal edəcəkdir.

Torsten Müller-Ötvös bildirmişdir “Mən, qabaqcıl texnologiyalar və dizayn yenilikləri ilə yaxşılaşdırılmış müasir və gözəl, yeni Phantom modelinin yolda olduğunu bildirməkdən qürur duyuram. Hər bir yeni Phantom, avtomobil tarixində mühüm və tarixi bir məqamdır və biz Phantom VIII modelini mükəmməlləşdirmək üzərində ciddi çalışırıq.”

Rolls-Royce Motor Cars, son 13 ildə xalis lüks sinfinin zirvəsində qalan bir avtomobil olan Phantom VII modelini 2003-cü ildə təqdim etdikdə lüks avtomobil üçün meyarları dəyişdi. Bu illər ərzində Rolls-Royce öz gözəllikləri ilə dünyanı heyrətləndirən və lüks avtomobil anlayışını yenidən müəyyənləşdirən çoxlu fantastik Phantom avtomobilləri yaratdı.

Artıq lüks səyahətdə növbəti addım atmaq zamanıdır.

Phantom VII – dünya səhnəsini tərk etməyə hazırlaşmasına baxmayaraq hələ də lüks etalonu olmaqda davam edir

Dünya səhnəsini tərk etməyə hazırlaşmasına baxmayaraq Phantom VII, hər biri öz sinfində axırıncı olacaq məhdud həcmdə bir neçə kolleksiyaçı parçası ilə lüks etalonunu təyin etməkdə davam edəcək.

Öz çıxışlarını qeyd etmək üçün Rolls-Royce Motor Cars-ın Sifariş üzrə avtomobil yaratma (Bespoke) departamenti, Phantom modelinin bu günə qədər ən yüksək Sifariş üzrə avtomobil nümunələrini - Coupé, Drophead Coupé və Limousine yaradacaqdır. Eyni zamanda, Rolls-Royce-un evi olan Qurvudda Rolls-Royce avtomobilini hazırlayan hər bir sənətkar, artıq özlərini bu, çox müstəsna sonuncu avtomobillərin yaradılması üçün gərgin işə hazırlayır.

Phantom Zenith Kolleksiyası – Avtomobil üstünlüyünün ən yüksək zirvəsi

Bu xüsusi kolleksiyaların birincisi Phantom Zenith Kolleksiyası adlanacaq və Rolls-Royce Motor Cars şirkətindən satın alına biləcək ən son Phantom Coupé və Drophead Coupé modelləri olacaq.

“Adından da göründüyü kimi Phantom Zenith Kolleksiyası zirvə; öz sinfinin ən yaxşısı; hər şeyin qiymətləndirildiyi əldə olunacaq ən yüksək standart olacaq” Dizayn üzrə Direktor Qaylz Teylor deyir. “Bu, bir neçə sürprizin əlavə edilməsi ilə Phantom Coupé və Drophead Coupé modellərinin ən yaxşı cəhətlərinin toplusu olacaq. Biz bu 50 nəfis avtomobil üçün böyük tələb olacağını gözləyirik, belə ki, biz artıq onlara oxşar modellərə nəzər salmayacağıq.”

Bu cür sürpriz xüsusiyyətlərə Arxa qapının Hostinq Sahəsi (Tailgate Hosting Area); ilkin olaraq 100X Villa D’Este və 101EX Cenevrədə təqdimat məkanlarını təsvir edən lazerlə həkk olunmuş qoltuqaltılar; Sifariş üzrə avtomobil yaratma alət şkalası və tanınmış "Spirit of Ecstasy" fiqurunun xüsusi işlənməsi daxil olacaq. Hər bir müştəri həmçinin öz satın aldığı məhsulla eyni zamanda “pulla satın almaq mümkün deyil” daşınan suvenirini əldə edəcək və eyni zamanda avtomobillər müştərilərə, Rolls-Royce-un tarixindən qaynaqlanan yadda qalan rəng zövqünün kombinasiyası ilə təklif olunacaq.

Phantom VII – Avtomobil istehsalında kamilliyin zirvəsinin geri dönüşü

2003-cü il yanvarın 1-də Rolls-Royce Phantom yeddinci nəslinin təqdimatı, yeni bir super-lüks avtomobilin aşkarlanmasından daha təsirli idi; o, dünyanın ən məşhur avtomobil brendinin  21-ci əsr intibahına bir işarə və başqalarının sadəcə ardınca getməyə çalışdıqları yolda liderlik edərək avtomobil istehsalında kamilliyin zirvəsində özünə yer eləyən şah əsərin ilk əlaməti idi.

Əvvəlki beş il ərzində və reklam olunmadığı vaxt dizaynerlər, mühəndislər və sənətkarlar Rolls-Royce avtomobillərinin və Cənubi İngiltərədə Qudvud mülkündə ultra-müasir istehsalat bazasının liderliyi ələ almasını müşahidə etmişlər. Avtomobil  sənayesində, avtomobil istehsalı tarixinin ağırlığını öz üzərinə götürən və gələcəyə olan gözləntiləri çox yüksək olan bu  bənzəri olmayan brendin nailiyyəti daha heyrətamiz idi.

Təqdimatından sonra Rolls-Royce Phantom özünü, məşhur "Spirit of Ecstasy" heykəlciyinin layiqli daşıyıcısı kimi təsdiqləmişdir. Panteon radiator barmaqlığından tutmuş uzun arxa çıxıntıya qədər dizayn tam Rolls-Royce-a uyğun idi. Hər bir ştrix, yolda analoqu olmayan cəsur lakin zərif avtomobili aşkar edir.

2005-ci ildən Phantom VII modelinin yeni variantları əlavə olundu. Möhtəşəm üstü açıq avtomobil istehsalında, 2007-ci ildə Phantom Drophead Coupé və 2008-ci ildə Rolls-Royce-un təcrübəli əzəmətli gəzinti avtomobili Phantom Coupé ilə müşayiət olunan Phantom Extended Wheelbase birinci olmuşdur.

Bu gözəl avtomobillərin hər birinin cazibəsi daimidir və Rolls-Royce-un müştərilərinə öz yüksək səviyyəli avtomobillərində fərdi sənət əsəri yaratmağa imkan verərək onların təcrübəli tələblərinin Sifariş üzrə avtomobil təklifinin fundamental əsası olmuşdur. Bu gün, Rolls-Royce-un Qudvudda yerləşən evini tərk edən hər bir Phantom avtomobilinin Sifariş olunan avtomobil xüsusiyyətləri vardır. ‘Waterspeed’, ‘Aviator’, ‘Metropolitan’, ‘Maharajah’ və ‘Serenity’ ənənəvi Sifariş üzrə yaradılan Phantom avtomobilləri bütün dünyada şəxsi kolleksiyaya daxil olmuşdur və bir çox sevimli Rolls-Royce-lar kimi illər boyu yaşayacaqlar.