RRMC Çılpaq Ürəkləri Dəstəkləyir

Çılpaq Ürəklər Fondu, fevralın 20-də Londonda Old Billingsgate Market-də özünün hər il təşkil etdiyi "Fabulous Fund Fair" xeyriyyə tədbirini keçirmişdir. Rolls-Royce Motor Cars, tədbir üçün super-dəbdəbəli foto-stend yaradaraq qonaqlara dünyaca məşhur moda fotoqrafı Ellen von Unvert tərəfindən hazırlanmış yeni model Rolls-Royce Dawn-da öz şəkillərini çəkə bilmək imkanı təqdim etməklə xeyriyyə tədbirini dəstəklədi.

London Moda Həftəsində baş verən, tanınmış ulduzların da iştirak etdiyi bu tədbirin ikinci hissəsinə supermodel Nataliya Vodyanova, xeyriyyə tədbirinin yaradıcısı və Karli Klos ev sahibliyi etmişlər. Tədbirdə möhtəşəm və seçilən moda dünyası, xüsusi ehtiyaclı uşaqları olan ailələri dəstəkləmək üçün meydançasında atraksionlarla dolu olan klassik yarmarkada dünyanın ən tanınmış brendləri ilə birləşir.

Rolls-Royce Dawn, Gecəyarısı Sapfir rəngli və narınci interyerli Kabriolet Kupe tədbirə, dünyanın tanınmış moda fotoqrafı olan Ellen von Unvertin hazırladığı sosial, super-lüks fotoavtomat təmin etmişdir. Unudulmaz anların gözləntilərində həkk olunmuş Dawn modelinin müasir interyeri Fabulous Fund Fair tədbirinin qonaqlarına, öz "Rolls-Royce selfilərini" çəkmələri üçün cazibədar səhnə yaratmışdı.

Rolls-Royce Dawn, dünyada rəqib tanımayan super-lüks kabriolet avtomobildir – nadir, nəfis və mövcud olan ən sosial super-lüks avtomobildir. Rolls-Royce macərası, Arizona Myuz, Erik Andervud, Lili Donaldson və Derek Blasberqin, Fabulous Fund Fair yarmarkasına Rolls-Royce Phantom və Wraith modellərində möhtəşəm girişləri ilə, bir çox kef əhli üçün gecə daha tez başlamışdı.

Rolls-Royce Motor Cars şirkətinin Baş İcraçı Direktoru Torsten Müller-Ötvös demişdir: “Çılpaq Ürək Fondunun Fabulous Fund Fair xeyriyyə yarmarkası, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailələrinə xeyriyyənin etdiyi dəyərli işlərdə öz töhvəsini də təmin etmək üçün əlindən gələni edir. Biz bu yenilikçi və dəyərli tədbiri dəstəkləməkdən qürur duyuruq.

"Bizim ən yeni modelimiz olan Dawn, bu cür sosial yığıncaqlara mükəmməl dərəcədə uyğun gəlirdi. Biz ümid edirik ki, gecədə toplanmış pul vəsaitinin xeyriyyəyə uzunmüddətli köməyi olacaq və bütün dünyadakı uşaqların həyatını işıqlandıracaqdır."

Çılpaq Ürək Fondunun missiyası, imkansız ailələr üçün pulsuz dəstək xidmətlərinin yaradılması və fəaliyyətini həvəsləndirməklə əlil və xüsusi qayğıya ehtiyacı olan insanları qəbul edəcək cəmiyyət yaratmağa kömək etməkdir. Son 11 ildə Çılpaq Ürək Fondu 30 milyon avro pul vəsaiti toplamışdır.