Ghost Extended Wheelbase

Ghost Extended Wheelbase avtomobilində səyahət etmək xalis dəbdəbəyə baş vurmaqdır. Ghost avtomobilinin bütün müvazinət və dinamikasını özündə əks etdirən Ghost Extended Wheelbase modelində əlavə 17 santimetrlik ayaq qoymaq üçün yer sizə işləmək, əylənmək və ya sadəcə olaraq dincəlmək üçün daha çox yer təmin edir. Onun rahatlığından zövq almaq istəyi qarşısıalınmaz ola bilər. Lakin siz özünüzə bu avtomobilin sahibi olmağın əzəmətli zövqlərindən əsirgəyə bilərsiniz. O sükanın arxasında oturmaq.

İLHAMLAN

Bizim dizayn ekspertlərindən ibarət komandamızın rəhbərliyi altında yaradılmış bu nadir Rolls-Royce kolleksiyası bizim mümkün ən nəfis dizaynlarımızı təmsil edir.

ƏVVƏLCƏDƏN SİFARİŞ

Siz Rolls-Royce avtomobilini sadəcə almırsınız, siz onu sənət əsəri və ya əla bir yaxta kimi sifariş edə bilərsiniz. Fərdiləşdirmə imkanları demək olar ki, hədsizdir.

İŞLƏNMİŞ AVTOMOBİLLƏR

Böyük potensiala malik texniki dizayna və əllə işlənmiş yığıma malik Rolls-Royce avtomobillərini əldə etmək, onun istehsal ilindən asılı olmayaraq hər zaman xüsusi təcrübədir.

KONFİQURASİYA
İLHAMLAN

Qayğıdan azad

Rolls-Royce-a sahib olmaq, bizim satış sonrası xidmətimizin yüksək standartlarını daha da sadələşdirən nəhəng bir zövqdür. Biz, sizin avtomobilinizin bütün aspektlərində sizə dəstək və məsləhət, və eləcə də zəmanət, xidmət və yolüstü yardım da daxil olmaqla dörd-illik hərtərəfli sahiblik paketi təmin edəcəyik.

Xidmət

Siz, Rolls-Royce avtomobili satın aldıqda sizin xidmət və təmir xərcləriniz avtomobilin yürüşündən asılı olmayaraq bizim ilk dörd illik xidmət paketimizə daxil edilir.

Texniki Qulluq

Hər bir Rolls-Royce, demək olar ki, bütün gözlənilməz halları əhatə edən dörd illik limitsiz yürüş Zəmanəti ilə mühafizə olunub.

Maliyyə Xidmətləri

Rolls-Royce avtomobili əldə etmək nadir təcrübədir. Rolls-Royce Motor Cars Financial Services, sizin şəxsi ehtiyaclarınızı ödəmək üçün nəzərdə tutulan geniş sayda maliyyə seçənəkləri təklif edərək eyni fəlsəfəni tətbiq edir.