Wraith Kryptos

Qədim Yunan dilində Kryptos sözü sirli olan hər şeyə aid edilir. Sirli kriptologiya dünyasının motivləri əsasında yaradılmış olan cəmi 50 ədəd olmaqla sifariş olunan avtomobildən ibarət bu kolleksiya düşünməyi sevən insanları özünə cəlb edir.

Dizaynı, təbii ki bu cəhdlərin başlanğıc nöqtəsidir. Yeni Wraith Kryptos kolleksiyası üçün, bir dizaynerin kriptoqrafiyaya olan həvəsi, onunla nəticələndi ki, Wraith modeli düşündürücü və sirli dizayn üçün bir lövhə oldu. Wraith Kryptos Kolleksiyası, öz heyrətamiz xarici görünüşündə mürəkkəb kodlar ehtiva edir.

Wraith Kryptos Kolleksiyasında, müştərilərə kəşflər və intriqa dolu səyahət bəxş edərək, onların rahatlığı və əylənməsi üçün bütün avtomobil boyu tətbiq edilmiş şifrələnmiş kodlar mövcuddur. Məlumatsız olanlar üçün bu kodlar ilk baxışda sadəcə müstəsna olaraq maraqlı dizaynın bir parçası kimi görünür və heç bir xüsusi məna daşımır. Lakin, daha yaxından tanış olanlar, açarı əlində tutanlar, təlimləndirici nəticəyə gətirib çıxaranlar üçün bir təcrübə olacaq.

Kriptoqrafik səyahət, bir əsrdən artıq zamandan bəri bu avtomobil markasının kapotunu bəzəyən Spirit of Ecstasy modeli ilə başlayır. Yaşıl mina qatı ilə təsvir olunmuş qravyura, sirli heykəlin timsalında Rolls-Royce markasının kodunu təqdim edir. Nisbətən aşağıda, dəyişilmiş bamper hissəsi diqqəti aşağı cəlb edərək, Wraith modelinin jest və vəziyyətini yüngülcə dəyişərək bu Kolleksiyaya öz fərqliliyini bəxş edir.

Bu Kolleksiyanın cəlbedici rəng çaları, həmin avtomobilin ən gizli sirlərinə işarə edir. Sərt Anthracite baza rəngindən ibarət olan sifarişlə hazırlanmış Delphic Grey rəngi, gizli effektə malikdir - yalnız günəş şüaları altında avtomobilin üzərində mavi və yaşıl rənglər üzə çıxır. Bu effekt, yuxarı hissəsi yeni yaradılmış Kryptos Green ilə rənglənmiş, əllə çəkilmiş ikiqat karlin xəttlərin köməyi ilə daha da artır, aşağı hissə isə Dark Grey (tünd boz) rəngin kölgəsi kimi görünür və hər ikisi daxili koda aid ipuclarını təsvir edir. Xarici estetikanı, rəngli xəttləri olan, Orbit Grey rəngli hissələrlə cilalanmış təkərlər tamamlayır.

MƏSLƏHƏTÇİ İLƏ ƏLAQƏ SAXLAYIN